Bayraqdar.info – Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan diplomatlarını təbrik edib. Bu barədə bayraqdar.info-ya Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, nazir öz Twitter səhifəsində aşağıdakıları yazıb: “Dəyərli qardaşım – Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”
Dəyərli qardaşım – Azərbaycan Respublikasının Xarici İşlər naziri @bayramov_jeyhun başda olmaqla, bütün Azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu! 🇹🇷🇦🇿 pic.twitter.com/qa9Shygu6E
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) July 9, 2021
Əlavə edək ki, 9 iyul günü Azərbaycanda Diplomatlar Günü kimi qeyd edilir. Türkiyə xarici işlər nazirinin bu günü həm də Azərbaycan dilində təbrik etməsi qardaş ölkənin səmimiyyətinin daha bir göstəricisidir.