Press "Enter" to skip to content

Şəhərsalma və Arxitektura Komitəsi ictimai şura qurur

Bayraqdar.info – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə “İctimai Şura”nın yaradılması prosesinə başlanılıb.

Komitədən bayraqdar.info-ya bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Qanun və Nazirlər Kabinetinin qərarı ilə iyulun 9-dan Komitə yanında İctimai Şura üzvlüyünə namizədlər irəli sürüləcək. Namizədlərin qeydə alınması 20 iş günü müddətində – avqustun 9-da saat 17:00-da yekunlaşacaq.

Xəbərdə bildirilir ki, Şura üzvlərinin sayı 11 nəfər müəyyən edilib. Hər bir vətəndaş cəmiyyəti institutu Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Milliyyətindən, dilindən, dinindən, irqindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq sahəyə uyğun şəxslər Şura üzvlüyünə iddia edə bilər.

Mission News Theme by Compete Themes.