Press "Enter" to skip to content

Qeyri-neft sektorunun ixrac potensialı sürətlə artır

Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 9-da yeni və maraqlı statistika açıqlayıb. Nazir özünün sosial media hesabında bununla bağlı paylaşım edib.

“Qeyri-neft sektorunun ixrac potensialı sürətlə artır. 2021-ci ilin 6 ayında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artaraq 1 milyard 162,4 mln. dolları ötüb. Bu dövrdə qeyri-neft sənaye məhsullarının ixracında 40,1 faizlik artıma nail olunub.

Ümumilikdə, birinci yarımillikdə ixracın artımı 14,8 faiz təşkil edib. İxracın artımı maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir”, – deyə M.Cabbarov qeyd edib.

Nazir paylaşıma 2020-ci illə müqayisə üçün qrafik təsvir də əlavə edib.

Mission News Theme by Compete Themes.