Bayraqdar.info – Milli Məclis iyulun 9-da keçirilən növbədənkənar iclasında “Mediasiya haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxararaq təsdiqləyib.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, uyğunlaşdırma xarakteri daşıyan qanun layihəsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli qanununun icrası ilə əlaqədar hazırlanıb.
“Həmin qanunun 39-cu maddəsində kommersiya, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak, o cümlədən, ilkin və sonrakı mediasiya sessiyaları ilə bağlı məsələlər hüquqi normalarla tənzimlənir”, – deyə xəbərdə vurgulanır.