Bayraqdar.info – Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı İletişim Başqanlığının dəstəyi ilə çəkilən “15/07 Şafak Vakti” filmi iyulun 15-də tamaşaçılara təqdim olunacaq.
Başqanlığın rəhbəri Fahrettin Altun bununla bağlı paylaşımında deyib: “Bu millət çılpaq əlləri və cəsur ürəkləri ilə çevrilişə cəhd edənlərin və işğalçıların qarşısını aldı. Bir “Şafak Vakti” yenidən millət olmağın şərəfini daddıq. Şəhidlərimizə və qazilərimizə hörmət və minnətdarlıqla”.
https://twitter.com/fahrettinaltun/status/1411436884610404354?s=20
TC Cümhurbaşqanlığı İletişim Başqanlığının məlumatına görə, çevrilişə cəhd zamanı Çengelköydə və 15 İyul Şəhidlər Körpüsündə baş verənlərə həsr olunan film millətin qəhrəmanlıq mübarizəsini böyük ekrana gətirir.
Rejissoru Volkan Kocatürk olan və baş rolları Erkan Petekkaya, Baran Bölükbaşı, Tugay Mercan, Serkan Ercan və Nazan Diperin oynadığı film böyük maraqla gözlənilir. Qeyd olunur ki, filmdə rol alan aktyorlar arasında Aslıhan Karalar, Doğa Özüm, Ferhat Yılmaz, Deniz Bolışık və Hatice Sibel Aytan var.
15 yyul gecəsi çevrilişə cəhd edənlərə müqavimət göstərən vətəndaşların gerçək hekayələrindən ilham alan filmdə Çengelköydə bir şirniyyat mağazası işlədən Cevdet’in (Erkan Petekkaya) və uşaqlarının hekayəsi ön planda təqdim olunur.
Məlumatda o da bildirilir ki, hazırlıqları 2020-ci ilin noyabrında başlayan film üçün Türkiyənin ən böyük qapalı dekoru qurulub. 15 İyul Şəhidlər Körpüsü və Çengelköyün dekoru 12 min kvadrat metrlik qapalı bir ərazidə inşa edilib. Film üçün ümumilikdə 24 min kvadrat metr daxili məkan dekoru hazırlanıb.
3 fevral 2021-ci ildə başlayan dekorasiya işləri 40 gündə tamamlanıb və filmin çəkilişləri 15 martda başlayıb. 8 həftəlik çəkilişə 150 nəfərlik heyət və 7 min 500 köməkçi aktyor da qatılıb. Çəkiliş zamanı 1 min 250 aksesuar maşını, tank və hərbi yük maşını istifadə edilib.
Filmin əsas istehsalçısı “Rafadan Hayat Film”, ortaq istehsalşısı isə TRT-dir. Film “Koza Altın”, “İstikbal”, “Halkbank” və “Ziraat Bank”ın sponsorluğu ilə çəkilib.
Əlavə edək ki, film 2016-cı ilin 15 iyulunda Türkiyədə qanlı dövlət çevirilişinə cəhd edən Fetullahcı Terör Örgütünün (FETÖ) baş tutmayan təşəbbüsünə həsr edilib. Yaxın tarixdə baş vermiş bu hadisə Türkiyə dövləti və xalqının, eləcə də Türkiyəyə qardaş bağı olan Azərbaycan kimi dövlətlərin fətullahçılara qarşı barışmazlığı ilə diqqət çəkib.
15 iyul 2016-cı ilin o dəhşətli gecəsində Türkiyə insanı dövlətlə, onun Başqanı Recep Tayyip Erdoğanla birlikdə Pensilvaniyadan (ABŞ) idarə edilən dövlət çevrilişi cəhdinə qan və can bahasına sinə gərməyi bacarmışdı.
Azərbaycan da o dönəmdə ölkə içindəki fətullah uzantılarını mərhələli şəkildə təmizləməkdəydi. 15 iyul dövlət çevrilişi cəhdindən sonra isə bu proses həm Türkiyədə, həm də Azərbaycanda daha da sürətləndi. Lakin buna baxmayaraq FETÖ şəbəkəsi hər iki ölkədə gizli də olsa fəaliyyətini davam etdirir. FETÖ-çülər hətta bəzən dövləti gözdən salmaq üçün hərəkatlar da başladıb ictimai rəyi çaşdırmağa çalışırlar.
Redaktə və əlavələr: Azər Həsrət