Bayraqdar.info – 6-9 iyul tarixlərində Bakıda Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib. İclas xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri A.A.Bilyalitdinovun rəhbərliyi ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.
İclasda demarkasiya prosesinin davam etdirilməsilə bağlı məsələlər müzakirə edilib, çöl demarkasiya işlərinin aparılması və təşkil edilməsi üçün lazım olan sənədlər təsdiq edilib.
Vurğulanıb ki, sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya birdə demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək.
Demarkasiyanın aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub.
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.
Birgə Komissyanın növbəti iclası Rusiya ərazisində keçiriləcək. Onun keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.