Press "Enter" to skip to content

“Nizami dünyası” adlı intellektual müsabiqənin qalibləri müəyyənləşib

Bayraqdar.info – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Nizami dünyası” adlı intellektual müsabiqənin qalibləri bəlli olub.

Bu barədə iyulun 8-də bayraqdar.info-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, nəticələrə əsasən, 278, 149, 234, 164, 299 və 249 saylı tam orta məktəbin şagirdləri yarışda qalib olublar.

Aysun Abbasova və Günay Məhərrəmova I, Məryəm İbrahimova və Xəyyam İsmayılov II, İnci Məlikli və Nigar Kərimova isə III yerə layiq görülüb.

Müsabiqədə fərqlənən 106, 276, 277, və 67 saylı tam orta məktəblərin şagirdləri Mədinə Süleymanlı, Fidan Əliquliyeva, Samin Hüseynov və Zemfira Quliyeva isə həvəsləndirici yeri tutublar.

BŞTİ qeyd edir ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə onlayn qaydada keçirilib.

Müsabiqənin əsas məqsədi şagirdlərə dahi Nizami Gəncəvi irsini aşılamaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırma və təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Mission News Theme by Compete Themes.