Press "Enter" to skip to content

Mikayıl Cabbarov Prezidentin yeni iqtisadi rayonlaşdırmasını dəyərləndirdi

Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin ölkədə yeni iqtisadi rayonlaşdırma Fərmanına münasibət bildirib. O, özünün sosial media hesabında bununla bağlı qeydlər edib, Prezidentin bu addımına təqdirini bildirib.

M.Cabbarov yazıb: “Dövlət başçısı İlham Əliyev tərəfindən iqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi ixtisaslaşmanı, səmərəli investisiya siyasətinin həyata keçirilməsini, idarəetmədə çevikliyin artırılmasını təmin edəcək.

Bu yanaşma Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır. İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcəkdir”.

Mission News Theme by Compete Themes.