Press "Enter" to skip to content

Fuat Oktay Kuzey Kıbrısdan dünyaya səsləndi

Fuat Oktay: Suveren iki dövlət əsasında inancımız, düşüncəmiz və bu məsələdə KKTC ilə həmfikir olmamız buradan dünyaya verdiyimiz açıq mesajdır

Bayraqdar.info – “Mümkün qədər güclü, ayaqları üzərində duran və istehsal edən bir KKTC qurmağa çalışırıq. Bundan sonra da işimizi davam etdirəcəyik.”

Anadolu Ajansının məlumatına görə, bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətində səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Səfər çərçivəsində KKTC Baş naziri Ersan Sanerlə görüşən F.Oktay maraqlı açıqlamalar verib: “20 iyul əhəmiyyətli bir tarixdir. Kuzey Kıbrıslı qardaşlarımızın, Kıbrıs türkünün azadlıq əldə etdiyi tarixdir. Adanın əsl sahibi olan Kıbrıs türklərini azlıq vəziyyətinə gətirməyə və bütün hüquqlarını qəsb etməyə çalışan, EOKA zehniyyətli, işğalçı bir yunan-rum ikilisinin oyununa son verildiyi tarixdir”.

F.Oktay deyib ki, indi işğalçılar həqiqətləri təhrif etməyə çalışırlar. Lakin buna heç vaxt nail olmayacaqlar: “Kıbrıs türkü adanın əsl sahibidir. Buranı zəbt edənlər də bunu bir gün görəcəklər. Suveren iki dövlət əsasında inancımız, düşüncəmiz və bu məsələdə KKTC ilə həmfikir olmamız buradan dünyaya verdiyimiz açıq mesajdır”.

Baş nazir E.Saner, “KKTC olaraq, Türkiyə ilə birlikdə hərəkət etdiyimiz zaman bu coğrafiyada edə bilməyəcəyimiz bir şey olmadığına inanırıq” deyib. O, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın 20 iyulda KKTC-yə səfəri zamanı iki bayramı birlikdə qeyd edəcəklərini vurğulayıb. Baş nazir həmin səfər zamanı KKTC-də bir çox təməlin atılacağını və açılışların ediləcəyini deyib.

Mission News Theme by Compete Themes.