Press "Enter" to skip to content

Azərbaycan turizmçiləri beynəlxalq marketinq müsabiqəsinin qalibidir

Bayraqdar.info – Azərbaycan Turizm Bürosu (ATB) Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi tərəfindən keçirilən “PROBrend” turizm üzrə 3-cü beynəlxalq marketinq müsabiqəsində qalib seçilib.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Naftalan şəhərinin brendinqi və azerbaijan.travel vebsaytı ilə müsabiqəyə qatılan ATB “İlin kəşfi” adlı nominasiya üzrə mükafata layiq görülüb. Onlayn formatda keçirilən mükafatlandırma mərasimində qaliblərə xüsusi diplomlar təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə 4 ölkədən 10 nominasiya üzrə 318 müraciət qəbul olunub.

2018-ci ildə yaradılmış Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi üzvlər arasında təcrübə mübadiləsi üçün kommunikasiya platforması kimi Avrasiya məkanında beynəlxalq turizmin inkişafında maraqlı tərəflərin qarşılıqlı əməkdaşlığının təmin olunması istiqamətində fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.