Press "Enter" to skip to content

Ana Vətən Türkiyə həmişə olduğu kimi yenə də yanımızdadır

Bayraqdar.info – Türkiyəyə səfər edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Elazığdakı Fırat Universitetində də olub. E.Tatar bu universitetdə “Keçmişdən bu günə Kıbrıs türkünün mübarizəsi” mövzusunda məruzə edib.

Bu barədə bayraqdar.info-ya KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Çıxışında Kıbrısın tarixindən ətraflı bəhs edən E.Tatar, Kıbrıs türklərinin azadlıq uğrunda apardığı mübarizə haqqında danışıb.

Ötən 50 ildən artıq müddətdə dünyanın Kıbrıs türklərinə qarşı haqsız davranışından da danışan E.Tatar adada əbədi sülhün yalnız bərabərhüquqlu iki dövlətin mövcudluğundan keçdiyini deyib: “Federasiya icrası imkansız olan bir xəyaldır. İki suveren, bərabərhüquqlu dövlətin mövcudluğuna əsaslanan həll təklifimiz adada əbədi sülhün əldə olunması üçün yeganə yoldur. Nə 1974-cü ildən əvvələ qayıdaycağıq, nə də rumların azlığı olacağıq. Ana Vətən Türkiyə ilə müəyyənləşdirdiyimiz yolda addımlamağa davam edəcəyik. Xalqımız əmin olsun ki, Ana Vətən Türkiyə həmişə olduğu kimi yenə də yanımızdadır”.

Mission News Theme by Compete Themes.