Press "Enter" to skip to content

“Qaliblər düşərgəsi” layihəsi işə başladı

Son yeniləmə: 6 İyul 2021 16:11

Bayraqdar.info – Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı, AFFA və bir neçə tərəfdaşın dəstəyi ilə şəhid ailələrinin övladları üçün iyulun 6-da “Qaliblər düşərgəsi” layihəsi işə başlayıb.

Bu xəbər bayraqdar.info-ya AFFA-dan verilib.

Xəbərdə bildirilir ki, 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulan düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir. 14 gün davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən seminarlar, müxtəlif idman növləri üzrə təlimlər, həmçinin, futbol dərsləri keçiriləcək.

Mission News Theme by Compete Themes.