Press "Enter" to skip to content

Azərenerji azad olunmuş Ağdamda iki yarımstansiya tikir

Bayraqdar.info – Dövlət başçısının tapşırığına uyğun olaraq Azərenerji ASC tərəfindən kompleks işlər həyata keçirilir. Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə 2 ədəd – 110/35/10 kv-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.

Bu barədə məlumat iyulun 6-da bayraqdar.info-ya Azərenerji ASC-dən verilib.

Məlumatda bildirilir ki, “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir. Ən əsası, sözügedən yarımstansiyalara Xındırıstan yarımstansiyasından 40 km məsafədə iki dövrəli 110 kvt-lıq yüksək gərginlikli elektrik verilişi xətti çəkilir. Bundan əlavə, “Ağdam-1” yarımstansiyasının yaxınlığında Azərenerjinin Qarabağ Regional İdarəetmə Mərkəzi də tikilir ki, burada ən müasir rəqəmsal avadanlıqlar yerləşdirilməklə işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq.

“Ağdam-1” yarımstansiyasında işlər sürətlə aparılır. “Ağdam-2” yarımstansiyasında isə işlərin artıq böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 km məsafədə çəkilən 110 kvt-lıq elektrik verilişi xəttinin, o cümlədən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, eləcə də, burada inşa edilən Qarabağ Regional İdarəetmə Mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.

Mission News Theme by Compete Themes.