Bayraqdar.info – Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının arasında aparılmış müzakirələr nəticəsində qurumun ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Xarici İşlər Nazirliyindən bayraqdar.info-ya verilın məlumata görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva medianın sualını cavablandırarkən deyib.
“Ümumiyyətlə vurğulamaq istərdik ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır. Bu xüsusda BMT QAK missiyasının azad olunmuş ərazilərimizə missiyanın həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMT QAK missiyasını qəbul etməyə hazırdır”, – deyə, L.Abdullayeva bildirib.