Press "Enter" to skip to content

Azərbaycan Gürcüstanla əlaqələrə böyük önəm verir

Son yeniləmə: 6 İyul 2021 13:45

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 6-da Gürcüstana səfər edib. Səfər çərçivəsində A.Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri xanım Tea Tsulukiani ilə görüşüb.

Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Nazir T.Tsulukiani Azərbaycan nümayəndə heyətini Gürücstanda görməkdən məmnun qaldığını vurğulayıb. O, bu cür səfərlərin dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişafına xidmət etdiyini bildirib.

Nazir A.Kərimov deyib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq mədəniyyət sahəsində də əlaqələrin inkişafına geniş imkanlar yaradır. “Azərbaycan Gürcüstan ilə əlaqələrin bütün sahələrdə, o cümlədən, mədəni və humanitar sahələrdə inkişafına böyük önəm verir. Ümid edirik ki, bu cür səfərlər zamanı müzakirə olunan məsələlər bir sıra problemlərin həlli ilə yanaşı əməkdaşlığımızı daha da genişləndirəcək”, – deyə nazir qed edib.

Sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər mətbuat üçün brifinq keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mission News Theme by Compete Themes.