Son yeniləmə: 5 İyul 2021 11:45
Bayraqdar.info – İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi başlayır.
Müsabiqənin imtahan mərhələsi pandemiya şəraitini nəzərə alaraq Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, 19 iş günü müddətində davam edəcək imtahanların ilk günündə fizika və informatika fənni üzrə 2 mindən çox namizədin iştirakı nəzərdə tutulub.
İmtahan mərhələsi avqustun 2-də başa çatacaq.
Nazirlik qeyd edir ki, 4-11 iyun tarixlərində müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib.
Müsabiqədə iştirak etmək üçün 62 min 242 namizəd qeydiyyatdan keçib. Ərizələr emal edildikdən sonra 59 min 171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 59 min 153 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak edəcəklər.