Press "Enter" to skip to content

MİT FETÖ-nün Orta Asiya sorumlusunu yaxalayıb Türkiyəyə gətirdi – VİDEO

Son yeniləmə: 5 İyul 2021 22:35

Bayraqdar.info – İyulun 5-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Kabinə toplantısının ardından etdiyi çıxışında çox önəmli xəbərlər verib. Bunların sırasında o, FETÖ-nün Orta Asiya üst düzey sorumlusu Orhan İnandının yaxalanaraq Türkiyəyə gətirildiyini deyib.

“MİT, yürütdüyü özəl və səbirli çalışmalar nəticəsində FETÖ-nün Orta Asiya Genel sorumlusu Orhan İnandını ölkəmizə gətirərək ədalətə təslim etmişdir”, – deyə R.T.Erdoğan bildirib.

TRT Haberin verdiyi məlumata görə, Türkiyə Cümhurbaşqanı əlavə edib ki, “Bu dövlətə və millətə xəyanət edən, pusqu quran, qan tökən, maddi-mənəvi hər hansı bir zərər verən heç bir yapının varlığını sürdürməsinə izin verməyəcəyik”.

R.T.Erdoğan bu qaydada 100-dən çox şəxsin xaricdə tutularaq ölkəyə gətirildiyini də sözlərinə əlavə edib.

Əlavə edək ki, bayraqdar.info iyunun 1-də Orhan İnandının Qırğızıstanın paytaxtı Bişkekdə yoxa çıxması haqqında xəbər vermişdi. Onun Qırğızıstan vətəndaşlığı aldığı, nəzarətində olan məktəblər və iş şəbəkəsi vasitəsilə bu ölkədə FETÖ varlığını qoruduğu bilinən gerçəkdir. Türkiyə bu şəxsi yaxalamaqla FETÖ-yə çox ciddi zərbə vurmuş oldu.

Mission News Theme by Compete Themes.