Press "Enter" to skip to content

Azərbaycan cüdoçuları Xorvatiyada “Tokio-2020”yə hazırlaşır

Son yeniləmə: 5 İyul 2021 12:30

Bayraqdar.info – İyulun 24-dən 31-dək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlaşan Azərbaycan cüdoçuları Xorvatiyanın Poreç şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bayraqdar.info-ya verilən xəbərə görə, kişilər və qadınlardan ibarət milli komandalarımız Poreç şəhərindəki cüdo təlim mərkəzində hazırlıq prosesi keçir. Toplanışa Azərbaycan yığması ilə yanaşı, 37 ölkədən 500-dən çox idmançı qatılıb.

Xorvatiyadakı hazırlıq prosesinə Olimpiya, dünya və Avropa çempionları, eləcə də, dünya reytinqində ilk pillələrdə qərarlaşan cüdoçular qatılıb.

Toplanışda İtaliya, Fransa, Rusiya, Gürcüstan, Kosovo, Böyük Britaniya, Danimarka, Belçika, Sloveniya, İspaniya, Özbəkistan, Belarus, Ukrayna, Qazaxıstan, Almaniya və digər ölkələrin milliləri də iştirak edir.

Mission News Theme by Compete Themes.