Son yeniləmə: 3 İyul 2021 21:56
Bayraqdar.info – “Özbəkistanda son iki-üç il ərzində gənclər arasında jurnalistikaya maraq artmağa başlayıb. Artıq orta məktəbi bitirən bir çox gənclər məhz jurnalistika ixtisasına yiyələnmək arzusunda olduqlarını bəyan edirlər.”
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Özbəkistandakı effect.uz saytının direktor müavini Ruxsara Bahramzadə deyib.
Onun sözlərinə görə, jurnalistikaya marağın artması səbəbsiz deyil. Belə ki, Şavkat Mirziyoyev ölkə prezidenti seçiləndən sonra dövlətin bu sahəyə diqqət və qayğısı artıb: “Məhz bu diqqət və qayğıdan sonra bizim ölkəmizdə qəzetçiliyə, jurnalistikaya maraq artmağa başlayıb. Sizə bir şey də deyim. Prezidentimiz görüşlərdə çağırış edir ki, jurnalistlər fəal olsunlar”.
Ruxsara xanım deyir ki, Özbəksitan Prezidenti bu istiqamətdə daha bir mühüm addım atıb: “Bizdə əvvəllər jurnalist ixtisasına yiyələnmək üçün müxtəlif universitetlərdə hansısa fakültələrdə təhsil almaq lazım idi. Ancaq Prezident Ş.Mirziyoyevin göstərişi ilə artıq Özbəksitanda xüsusi bir dövlət universiteti quruldu. 2018-ci ildə qurulan Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetində artıq jurnalistika ilə bağlı bütün ixtisaslar üzrə təhsil almaq mümkündür”.
Hazırda eyni zamanda Türkiyədə, Sakarya Üniversitetinin ilətişim fakültəsinin jurnalistika və reklam bölümündə təhsil alan R.Bahramzade 4 ildən artıqdır ki, jurnalist fəaliyyəti ilə məşğul olur.
Özbəksitanla yanaşı Türkiyə və Azərbaycanı da sevdiyini deyən Ruxsara xanım çalışdığı saytda da türk dünyası ilə bağlı xəbərlərə önəm verdiklərini bildirib: “Türkiyənin və Azərbaycanın mədəniyyəti bizim özbək mədəniyyətinə çox yaxındır. Bu da təbiidir. Hamımız qardaş ölkələrik. Türk dünyasını çox sevirəm. Buna görə də ali təhsil almaq üçün Türkiyəni seçdim. Amma ən böyük arzularımdan biri Azərbaycanı görməkdir. Eyni zamanda, düşünürəm ki, ölkələrimizn jurnalistləri arasında da sıx əlaqələr qurulmalıdr”
[…] Туркия элчихонаси томонидан Ўзбекистондан Анталья шаҳрига саёҳатга юборилган Effect.uz журналисти Рухсора Бахромзоданинг Озарбайжонлик журналист Ниҳат Гўйтуркка берган интервьюси Озарбайжоннинг «Bayraqdar.info» нашрида чоп этилди. […]