Press "Enter" to skip to content

YouTube Türkiyə rəsmisinə senzura tətbiq etdi, sərt reaksiya gördü – VİDEO

Fahrettin Altun

Bayraqdar.info – Türkiyə Prezident Administrasiyası Kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun “Şəhid diplomatlar” sərgisindəki çıxışının YouTube tərəfindən “nifrət nitqi” bəhanəsi ilə silinməsinə reaksiyasını bildirib.

Bu barədə bayraqdar.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

F.Altun Twitter hesabındakı paylaşımında Youtube tərəfindən silinən çıxışına yer verib.

“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, “Şəhid diplomatlar” sərgisindəki çıxışım YouTube tərəfindən senzuraya məruz qalıb. Çıxışda guya nifrət nitqi varmış. Xahiş edirəm, dinləyin və özünüz qərar verin. Bu ikili standartdır, bu riyakarlıqdır. İslama və müsəlmanlara qarşı nifrət nitqinə məhəl qoymayan, terror təşkilatlarının təbliğatına asanlıqla yer verən YouTube türk diplomatlarımızı şəhid edən qatil terrorçular haqqında söylədiklərimizi nifrət cinayəti (?) sayır.

“Xoşunuza gəlsə də, gəlməsə də hər fürsətdə terrorizmin dilinin, dininin və irqinin olmadığını söyləyəcəyik. Hər sahədə olduğu kimi media və rabitə sahəsində də yerli və milli platformalara ehtiyacımız olduğunu bir daha gördük. Yaşasın həqiqət!” – deyə o, qeyd edib.

Mission News Theme by Compete Themes.