Press "Enter" to skip to content

Qırğızıstanın xarici işlər naziri Azərbaycanda səfərdədir

Bayraqdar.info – Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev iyulun 1-dən Azərbaycanda səfərdədir.

Bu haqda xəbəri qardaş ölkənin Xarici İşlər Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, Azərbaycana səfər edən R.Kazakbayev iyulun 1-də “Ələt” Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərovla görüşüb.

Görüşdə Qırğızıstanlı nazir həmsöhbətinə ölkəsinin bu cür məsələlərdə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu deyib.

V.Ələsgərov da öz növbəsində qonağa “Ələt” haqqında ətraflı bilgi verib.

R.Kazakbayev təklif edib ki, “Ələt” AİZ ilə “Bişkek” AİZ arasında ikitərəfli əlaqələr qurulsun.

Qırğızıstanlı nazir V.Ələskərovu ölkəsinə səfərə də dəvət edib.

Mission News Theme by Compete Themes.