Press "Enter" to skip to content

Bakı limanının tarixinə dair kitab çap olunub

Son yeniləmə: 2 İyul 2021 14:33

Bayraqdar.info – Milli Azərbaycan Tarixi Muzeyi Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun həmmüəllifi olduğu “Bakı limanı” kitabı çap olunub.

Xəbər bayraqdar.info-ya Muzeydən verilib.

Bildirilib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC tərəfindən hazırlanmış “Bakı limanı” kitabı CASPIGROUP (İstanbul) tərəfindən nəfis tərtibatda, çoxsaylı xəritə, fotoşəkil və illüstrasiyalarla Azərbaycan və ingilis dillərində çap edilib.

Layihənin rəhbəri Limanın baş direktoru, siyasət elmləri üzrə fəlsəfə doktoru Taleh Ziyadov, redaktoru və koordinatoru hüquq elmləri üzrə fəlsəfə doktoru Pərvinə İsmayılovadır.

Beş bölümdən ibarət kitabın müəllifləri Nazim Ərəbov, Səbuhi Əhmədovdur.

Xəbərdə deyilir ki,kitabda Bakı limanının keçmişindən, bu günündən və gələcəyindən bəhs edilir. Limanın beynəlxalq statusunu və Böyük İpək Yolunda önəmli rolunu nəzərə alaraq, bu sahədə yeni tədqiqatların aparılması zərurəti yaranıb.

Oxuculara təqdim edilən yeni kitab bu istiqamətdə atılan əsaslı addım kimi diqqəti cəlb edir. Burada indiyədək geniş ictimaiyyətə məlum olmayan faktlar və tarixi sənədlər yer alıb. Kitabda ulu öndər H.Əliyevin və Prezident İlham Əliyevin Bakı limanının inkişafında önəmli xidmətləri barədə informasiyalar, unikal fotoşəkillər, illüstrasiya və rəsmlər barədə məlumatlar var.

Mission News Theme by Compete Themes.