Bayraqdar.info – İyulun 1-də Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası subyektləri üçün təşkil edilən müsabiqənin nəticələri açıqlanıb.
Agentlikdən bildirilib ki, həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat maliyyə yardımı ediləcək.
Həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 min manat məbləğində maliyyə yardımı göstəriləcək.
Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3 min manat məbləğində maliyyə yardımı göstəriləcək.
Qalib elan olunan qəzetin baş redaktoru ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, 6 aylıq dövrün 1-ci ayında veb-saytın yenilənməsi üçün 5 min manat ayrılır.
Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımı göstəriləcək.