Bayraqdar.info – Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfər edib. Səfər çərçivəsində M.Çavuşoğlu KKTC Cümhurbaşqanı Ersin Tatarla görüşüb. Əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən sonra mətbuat konfransı olub.
Cümhurbaşqanlığından verilən məlumata görə, nümayəndə heyətləri arasında keçirilən görüşdə həmçinin KKTC Baş naziri Ersan Saner, xarici işlər naziri Tahsin Ertuğruloğlu, Türkiyənin Lefkoşadakı səfiri Əli Murat Başçeri, Ulusal Birlik Partiyasının baş katibi və Cümhurbaşqanlığı Müzakirə Komitəsinin üzvü Oğuzhan Hasipoğlu, KKTC Cümhurbaşqanının xüsusi nümayəndəsi Ergün Olgun da iştirak edib.
Anadolu Ajansının xəbərinə görə, Kıbrısda regional tarazlığın mövcudluğuna və siyasi tarazlığın vacibliyinə işarə edən E.Tatar, Türkiyənin dəstəyinə böyük əhəmiyyət verdiklərini bildirib: “Türkiyə bir qarantör ölkədir, tarixi hüquqlara sahibdir. Həm də bizim ana vətənimizdir, bu bölgədəki ən böyük və ən güclü ölkədir”.
E.Tatar, KKTC-nin əsas mübarizəsinin suverenlik məsələsi olduğunu və rum tərəfinin adanın tək suveren dövləti kimi davrandığını deyib: “Kıbrıslı rumların Kıbırs reallıqalarına uyğun davranma zamanı gəldi”.
M.Çavuşoğlu isə mətbuat konfransında bildirib ki, Kıbrıs türk tərəfi Cenevrədə yeni, realist və nəticə yönümlü bir təklif irəli sürdü: “Cenevrə toplantısı Kıbrıs məsələsində bir dönüş nöqtəsi oldu. Bir dövr sona çatdı və yeni bir dövr başladı. Kıbrıs türk tərəfi Cenevrədə realist, yeni və nəticə yönümlü bir təklif irəli sürdü”.
M.Çavuşoğlu rum tərəfinin Cenevrədə sərgilədiyi mövqeyi də sərt tənqid edib: “Kıbrıs türk xalqını azlıq olaraq görən bu zehniyyəti biz də artıq yox hesab edirik”.
Əlavə edək ki, E.Tatar M.Çavuşoğluna və heyətinə ziyarətindən dolayı təşəkkürünü sosial media üzərindən də ifadə edib.
Türkiye Cumhuriyeti Dışişleri Bakanı Mevlut Çavuşoğlu ile KKTC Cumhurbaşkanlığında yaptığımız toplantı sonrası basın açıklaması düzenledik.. sayın Bakan’a ve ekibine ziyaretlerinden dolayı çok teşekkür ediyorum. pic.twitter.com/QBhMI0GakO
— Ersin Tatar (@ErsinrTatar) July 1, 2021
E.Tatar və M.Çavuşoğlunun ortaq mətbuat konfransı.
#Canlı📡#KKTC Cumhurbaşkanı Ersin Tatar ile Ortak Basın Toplantısı
📍Lefkoşa https://t.co/C6Ds0K0ZLi
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) July 1, 2021
Redaktə və əlavələr: Azər HƏSRƏT
[…] – Xəbər verdiyimiz kimi ötən həftə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Kuzey Kıbrıs Türk […]