Bayraqdar.info – İyunun 30-da 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbuluna başlanılıb.
Təhsil Nazirliyindən bildirilir ki, sənəd qəbulu “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan vətəndaşları sənədlərini təqdim edə bilər.
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Müraciət üçün son tarix 31 iyul 2021-ci il müəyyən edilib.