Bayraqdar.info – İranın xüsusi təyinatlı polis dəstəsinin Köhkiluye və Boyer Əhməd əyalətinin Yasuc şəhərində xalqı gülləbaran etməsinin görüntüləri yayılıb.
“İran Kargar” saytının yaydığı məlumata görə, bir neçə gün öncə İranın Yasuc şəhərində əhali Şəhər Şurasına keçirilmiş seçkilərin nəticələrinə etiraz olaraq mitinq keçirib.
Yeni yayılan görüntülər göstərir ki, şəhərə yeridilən polis və təhlükəsizlik gücləri xalqa atəş açıb.
Etirazçılar silahlı polisə daşla cavab verib.
Polisin etirazçıların baş nahiyəsinə atəş açması nəticəsində üç gənc qətlə yetirilib. Ədliyyə İdarəsi isə 100-dən artıq etirazçının həbs edildiyini deyib.
Qeyd edək ki, İran hökuməti ölkə əhalisinin hər hansı bir səbəblə keçirdiyi etiraz aksiyalarını hər zaman qanla boğur. 2019- cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən mitinqlərdə İranın əmniyət qüvvələri min beş yüzdən çox etirazçını gülləbaran edərək qətlə yetirmişdi.
Qaynaq: GünAz.TV
https://www.youtube.com/watch?v=Q4_u23-5Yn0