Press "Enter" to skip to content

Lütfi Zadənin xatirəsinin əbədilişdirilməsi üçün qərar verildi

Bayraqdar.info – Baş nazir Əli Əsədov dünya şöhrətli Azərbaycan əsilli elm adamı Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Bu haqda bayraqdar.info-ya Nazirlər Kabinetindən xəbər verilib.

Qərarda deyilir: ““Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2450 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazırlər Kabineti qərara alır:

1. Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki humanitar liseyə Lütfi Zadənin adı verilsin.
2. Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin”.

Mission News Theme by Compete Themes.