Bayraqdar.info – Bakıda iyunun 28-də başlayan “Mustafa Kemal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri davam edir. Təlimlər Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.
Xəbər iyunun 30-da Müdafiə Nazirliyindən verilib.
Xəbərdə bildirilir ki, döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.
Həmçinin, bu təlimlərdə komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqları da inkişaf etdirilir.