Press "Enter" to skip to content

Azərbaycanda 16 mindən çox tibb işçisi COVID-19-a yoluxub

Bolqarıstanda müayinə olunan 2 min 230 nəfərdən 305-də koronavirus aşkarlanıb

Bayraqdar.info – İyunun 30-da Səhiyyə Nazirliyində COVID-19-la mübarizə üzrə İşçi Qrupunun hesabat iclası keçirilib.

İclasda COVID-19-la mübarizə çərçivəsində xidmət göstərən COVID məntəqələrinin, çağrı mərkəzlərinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardımın hesabatları təqdim olunub.

Məlumat bayraqdar.info-ya Nazirlikdən verilib.

Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektorunun müdiri İradə İsmayılova il ərzində görülmüş işlərin hesabatından bəhs edib.

Diqqətə çatdırılıb ki, il ərzində 149 min 399 xəstə evdə nəzarətə götürülüb. Çağrı mərkəzinə 112 min 981 zəng daxil olub. Ölkə üzrə ümumi 16 min 295 tibb işçisi COVID-19 virusuna yoluxub. Onlardan 4 min 658-i həkim, 6 min 224-ü orta tibb işçisi, 5 min 408-i digər tibb işçiləridir.

Eyni zamanda, son bir il ərzində həm COVID-19-la mübarizədə, həm də Vətən müharibəsində xidmət edən tibb işçilərinin fəaliyyətindən danışılıb. Ötən ilin səhiyyə sistemi üçün nə dərəcədə məsuliyyətli olduğu qeyd edilib. Hər iki cəbhədə xidmət zamanı dünyasını dəyişən fədakar tibb işçiləri yad edilib.

Təbirin sonunda İşçi Qrupunda fəaliyyət göstərən Nazirlik, BBSİ və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin işçilərinə təşəkkür edilib.

Mission News Theme by Compete Themes.