Press "Enter" to skip to content

Müəllimlər üçün TOPs təlimləri davam edir

Son yeniləmə: 29 İyun 2021 13:13

Bayraqdar.info – “TOPs – təhsil alanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Lənkəran şəhəri, Lerik və Yardımlı rayonlarının ümumtəhsil məktəblərində təlimlər keçirilir.

Bu barədə xəbər iyunun 29-da Təhsil Nazirliyndən verilib.

Xəbərdə qeyd edilir ki, təlimlərə sözügedən bölgələrdə fəaliyyət göstərən 275 ümumi təhsil müəssisəsindən 300 nəfərə yaxın fiziki tərbiyə müəllimi cəlb olunub. Üç günlük praktiki təlimlər ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunub. Təlimlərdə fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilir. Dərslərin effektli tədris edilməsi üçün TOPs oyun-metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilir.

Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlim öncəsi və təlim sonrası qiymətləndirilməsinin nəticəsi müqayisə ediləcək.

Nazirlik qeyd edir ki, təlimlər xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edilir.

Layihə Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.

Mission News Theme by Compete Themes.