Bayraqdar.info – “Məşğulluq marafonu”na Bakı və ölkənin bölgələri üzrə artıq 163 işəgötürən qoşulub.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Həmin işəgötürənlərin 89-u xidmət, 54-ü emal, 16-sı kənd təsərrüfatı, 4-ü tikinti sahələri üzrə fəaliyyət göstərir. Onlar tərəfindən elektron sistemə 587 vakansiya təqdim edilib. Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir.
ƏƏSMN tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını göndərə bilər.
Qeyd edək ki, “Məşğulluq marafonu” şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılıb.