Bayrraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar “17-ci Beynəlxalq İpəkyolu İlin Qızıl Adamları” mükafat mərasimində “İlin dövlət adamı” mükafatına layiq görülüb.
Bu barədə bayraqdar.info-ya KKTC-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
İstanbulda keçirilən mərasim İpəkyolu Xalq Diplomatiyası və İqtisadi Əiməkdaşlıq Təşkılati ilə “Uluslararası Türksoy’la İpekyolu Dergisi” tərəfindən təşkil olunub. Mərasimə türk dünyasından tanınmış şəxslər və 10-dan çox ölkənin təmsilçiləri qatılıb. Ənənəvi mükafatlandırma mərasimində öncə Türkiyənin Cümhurbaşqanı Recep Tayyib Erdoğanın, sonra isə Ersin Tatarın mesajı oxunub.
E.Tatar mesajında Kıbrıs danışıqları çərçivəsində davam edən sıx diplomatiya və xarici səfərlər səbəbiylə mükafat gecəsinə qatıla bilmədiyinə görə təəssüfləndiyini bildirib. O, həmçinin “İlin dövlət adamı” mükafatına layiq görülməsindən məmnun olduğunu bildirib.