Bayraqdar.info – İyunun 19-dan 25-nə kimi Sinqapurda 33-cü Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, 90 ölkədən 351 şagirdin qatıldığı müsabiqədə Azərbaycan məktəbliləri uğurla çıxış edərək 2 bürünc medal qazanıb.
Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və H.Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov müsabiqənin bürünc medalına layiq görülüb.
O da qeyd edilir ki, məktəblilərin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” Şirkətinin dəstəyi ilə həyata keçirilir.
Məsələylə bağlı təhsil naziri Emin Əmrullayev da sosial mediada paylaşım edərək sevincini bölüşüb.
Azərbaycan 33-cü Beynəlxalq İnformatika Olimpiadasını 2 medalla başa vurub. Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Səid Nəsibov bürünc medal qazanıblar. #IOI2021 pic.twitter.com/kiWTbXzmcC
— Emin Amrullayev (@EminAmrullayev) June 29, 2021