Press "Enter" to skip to content

DSMF İdarə Heyətinin sədri qazinin evində olub

Bayraqdar.info – Dövlət Sosial Müdafiə Fondu (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Vətən müharibəsi qazisi Salayev Ulvi Babakişi oğlunun evində olub.

Fondun mətbuat xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, ziyarət 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə gerçəkləşib.

Məlumatda qeyd olunub ki, Himalay Məmişov qazini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, ailənin sosial vəziyyəti ilə maraqlanıb. Qaziyə dövlətin Vətən müharibəsi iştirakçıları üçün həyata keçirdiyi sosial dəstək proqramları barədə məlumat verilib.

Məlumat üçün bildirək ki, Ülvi Salayev Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb.

Mission News Theme by Compete Themes.