Press "Enter" to skip to content

Daha dörd qazi sagalaraq Vətənə dönüb

Bayraqdar.info – Ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazi sağalaraq Vətənə geri dönüb.

Fonddan bildirilib ki, onlar Nurəliyev Rauf Bəhman oğlu, Musayev Gündüz Sabir oğlu, Abdurrəhmanov Nicat İlqar oğlu və Muradov Turan Xudat oğludur.

Qazilərin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Həmin qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin, yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 56 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Fond qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Mission News Theme by Compete Themes.