Press "Enter" to skip to content

Teatrlardakı problemlər təklif formasında Nazirliyə təqdim ediləcək

Bayraqdar.info – Azərbaycan mədəniyyət nazirinin müşaviri Elnur Əliyev və Nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova ölkədə fəaliyyət göstərən teatr müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Görüş M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında baş tutub.

Nazirlikdən bayraqdar.info-ya bildirilib ki, görüşdə öncə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, Qələbəyə aparan yoldan bəhs olunub.

Görüş mədəniyyət, xüsusilə teatr sahəsində mövcud problemlərin müzakirəsi ilə davam edib. Eyni zamanda bu sahədə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb.

Sonda müəssisə rəhbərlərinə qısa zamanda teatr sahəsində mövcud olan problemlərin həlli istiqamətində təkliflərin hazırlanması və Nazirliyə təqdim edilməsi tapşırılıb.

Mission News Theme by Compete Themes.