Bayraqdar.info – Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) müraciəti əsasında arıçılara “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” üzrə təlim keçirilib.
ANAMA-dan bayraqdar.info-ya bildirilib ki, təlim Göygöl Regional Mərkəzində Kəlbəcər rayonuna səfər edəcək 66 nəfərə keçirilib.
Təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib.
Eyni zamanda, vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim vasitələrindən ibarət sərgi təşkil edilib.