Press "Enter" to skip to content

Prezident İlham Əliyevdən qəhrəman əsgər və zabitlərə növbəti diqqət – YENİLƏNDİ

Son yeniləmə: 24 İyun 2021 16:47

Bayraqdar.info – İyunun 24-də Prezident İlham Əliyev ayrı-ayrı sərəncamlarla 44 günlük Vətən savaşında iştirak etmiş hərbi qulluqçuları təltif edib.

Prezidentin uyğun sərəncamlarıyla 11 min 365 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı, 11 min 831 hərbi qulluqçu “Xocavəndin azad olunmasına görə” medalı, 3 min 435 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı, 10 min 211 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı, 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, təltif olunanlar arasında şəhidlər də var. Təltiflər onların ailə üzvlərinə təqdim ediləcək.

Bununla bağlı xəbərləri Prezident Administrasiyasından veriblər.

Əlavə edək ki, təltiflər 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsinə təsadüf edir. İyunun 26-da Azərbaycan Ordusu ilk dəfə özünün bayramını qalib ordu kimi qeyd edəcək. Təməli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş Ordu 103-cü ildönümünü qeyd dir.

Prezidentin növbəti sərəncamlarıyla 5 min 784 nəfər “Şuşanın azad olunmasına görə”, 3 min 522 nəfər “Ağdamın azad olunmasına görə”, 4 min 225 nəfər Kəlbəcərin azad olunmasına görə, 2 min 642 nəfər Laçının azad olunmasına görə, 10 min 647 nəfər isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Mission News Theme by Compete Themes.