Press "Enter" to skip to content

Gənc İssık Göldə 17 nəfəri ölümün pəncəsindən qurtardı – VİDEO

Bayraqdar.info – Orta Asiyadakı media tərəfdaşımız Golden Bridge News-un verdiyi xəbərə görə, Qırğızıstandakı İssık Göl Hava Limanının Xilasetmə və Yanğınsöndürmə Xidmətinin əməkdaşı Nurlan Rıskeldiyev əsl qəhrəmanlıq göstərib. O, sahildən 10 km məsafəyədək uzaqlaşan və təhlükə ilə üz-üzə qalan 17 nəfər göl həvəskarını xilas edib.

İyunun 22-də İssık Göldə güclü külək səbəbiylə sahildən 10 km məsafədə 5 katamaran cənuba səmt alıb.

Nurlan Rıskeldiyev 50 nəfər üçün nəzərdə tutulmuş şəxsi gəmisində göldə səyahət zamanı bunu görərək onlara yaxınlaşıb və katamaranlardakı 17 nəfəri xilas edib. O, üç katamaranı da yedəkləyərək sahilə çəkib.

Artıq neçə gündür ki, Qırğız mediası İssık Göl qəhrəmanı Nurlan Rıskeldiyevin qəhrəmanlığından bəhs edir.

Mission News Theme by Compete Themes.