Press "Enter" to skip to content

Türk Keneşi turizm rəsmiləri Kokand şəhərində toplaşır

Bayraqdar.info – İyunun 24-də Türk Keneşi turizm nazirlərinin 6-cı toplantısı keçiriləcək. Toplantıya ev sahibliyini Özbəkistanın Kokand şəhərində bu ölkənin Turizm və İdman Naziri Əziz Abduhəkimov edəcək.

Bu haqda xəbəri Türk Keneşi katibliyi yayıb.

Xəbərdə deyilir ki, toplantını Türk Keneşi Baş katibi Bağdad Amreyev idarə edəcək.

Toplantıya Azərbaycandan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Qazaxıstanın Mədəniyyət və İdman naziri Aqtotı Raimqulova, Qırğızıstanın İqtisadiyyat və Maliyyə naziri Akılbek Caparov, Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Macarıstan Turizm Agentliyi Beynəlxalq İlişkilər Proqram direktoru Marta Fazekas qatılacaq. Eyni zamanda Türk Keneşi üzv və müşahidəçi dövlətlərinin Özbəkistandakı səfirlikləri, bir sıra hökumət qurumları və ekspertlər də toplantıda təmsil ediləcək.

Müzakirə ediləcək məsələlər arasında Özbəkistan Prezidendi Şavkat Mirziyoyevin “Müqəddəs ziyarət”, “Türk Keneşi çağdaş ipək yolu ortaq tur paketi” və “İpək yolu turizm paytaxtları təşəbbüsü” layihələri də olacaq.

Mission News Theme by Compete Themes.