Bayraqdar.info – 2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə etmiş şagirdlərin fikirlərinin öyrənilməsi prosesi davam edir.
Bu fikirlər Təhsil Nazirliyindən bayraqdar.info-ya daxil olmuş məlumatdandır.
Nazirlik qeyd olunan məqsədlə “Virtual məktəb” platformasında uyğun sorğu da yerləşdirib. Şagirdlər bu platformaya daxil olaraq dərsliklər üzrə sorğuya qatıla, irad və təkliflərini yaza bilərlər.
Nazirlik daha səmərəli nəticə əldə etmək üçün şagirdləri ilk dəfə keçirilən sorğuda yaxından iştiraka dəvət edib.