Bayraqdar.info – İyunun 22-də Binəqədi rayonunda yerləşən “AzFar” stadionunda aprel döyüşləri şəhidi Mahmud İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol üzrə Bakı şəhər turniri keçirilib. Turniri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Kənd Futbol Federasiyası (BKFF) birlikdə keçirib.
BŞGİBİ-dən bayraqdar.info-ya bildirilib ki, turnirdə Bakının kənd və qəsəbələrini təmsil edən 8 komanda iştirak edib.
Final oyununda “Binəqədi” komandası “Biləcəri”ni məğlub edərək turnirin qalibi olub. “Mehdiabad” komandası yarışı üçüncü pillədə başa vurub.
Qalib və mükafatçı komandalara Baş İdarə tərəfindən diplom, medal və kubok təqdim edilib.