Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov deyib ki, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Antikorrupsiya Xidməti ləğv ediləcək. İş adamlarının maraq və mənafelərinin qorunması işilə Baş Prokurorluq məşğul olacaq.
Bu fikirlər Qırğızıstan Prezidenti Administrasiyasından bayraqdar.info-ya daxil olan xəbərdə yer alıb.
Xəbərdə deyilir ki, S.Caparov iyunun 23-də ölkənin iş adamları ilə geniş tərkibli görüş keçirib. O, bu fikirləri də orada səsləndirib.
Prezident onu da deyib ki, “nəinki xarici, həm də daxili yatırımçılara diqqət ayırmaq vacibdir”. S.Caparov əlavə edib ki, “iş qurulması üçün əlverişli şərait yaratmaq” lazımdır.
S.Caparov onu da bildirib ki, Antikorrupsiya Xidmətinin ləğvi üçün müvafiq tapşırıqlar artıq verilib.
Yeri gəlmişkən, Azərbaycanda da belə bir xidmət fəaliyyət göstərir. Lakin nəticə olaraq korrupsiyanın aradan qaldırıldığını deməkdə çətinlik çəkirik.