Bayraqdar.info – BBC-nin farsdilli bölümü Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünə hörmətsizlik edib.
Ermənistanda keçirilmiş seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi ilə bağlı dərc edilən xəbərdə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ Ermənistan ərazisi kimi təqdim edilib.
Yazıda 2020-ci ildə iki ölkə arasında Qarabağda baş vermiş müharibəyə toxunulub və bu savaş nəticəsində “Ermənistanın öz torpaqlarından bir hissəsini itirdiyi” yazılıb.
“İki ölkə arasında 6 həftə davam edən savaş minlərlə insanın ölümü, eləcə də Ermənistanın öz ərazisindən bir hissəsini itirməsi ilə nəticələndi”, – deyə xəbərdə iddia olunur.
Qeyd edək ki, bu, BBC Farsi-nin Azərbaycan Cümhuriyyətinə qarşı ilk belə yazısı deyil. İstər Azərbaycanın Beynəlxalq Birlik tərəfindən tanınan ərazisi – Qarabağı azad etmək üçün keçirdiyi hərbi (nizami) əməliyyatlar zamanı, istərsə də ondan sonra BBC Farsi-nin şovinist və ifratçı fars millətçisi olan jurnalistləri ölkəmizə qarşı hər cür qarayaxma kampaniyası aparır.
Qaynaq: GünAz.TV