Press "Enter" to skip to content

Avro-2020: İngiltərə və Xorvatiya səkkizdə bir finala vəsiqə qazanıb

Bayraqdar.info – İyunun 22-də futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun daha iki qarşılaşması oynanılıb.

AFFA-nın verdiyi xəbərə görə, D qrupunun son turunda İngiltərə millisi Çexiya seçməsi ilə üz-üzə gəlib.

Londonun “Uembli” stadionunda keçirilən görüş ingiltərəlilərin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu 12-ci dəqiqədə Rahim Sterling vurub.

D qrupunun digər görüşündə isə Xorvatiya millisi Şotlandiyanı 3:1 hesabı ilə məğlub edib.

Xəbərdə deyilir ki, Avropa çempionatının D qrupundan növbəti mərhələyə İngiltərə və Xorvatiya seçmələri çıxıb. Dörd xalı olan Çexiya millisi isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər qarşılaşmaların nəticələrini gözləməlidir.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu da iyulun 3-də dörddə bir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Mission News Theme by Compete Themes.