Press "Enter" to skip to content

Tikantəpənin kürdmənşəli nümayəndəsinin seçki saxtakarlığı

Son yeniləmə: 22 İyun 2021 09:49

Bayraqdar.info – Güney Azərbaycanın Tikantəpə şəhərindən İran parlamentinə göndərilən kürd mənşəli millət vəkili Həsən Himmətinin şəhər şuraları seçkilərində saxtakarlıq əməlləri yerli əhalinin qəzəbinə səbəb olub.

İyunun 19-u şəhər şuralarına keçirilən səsvermənin nəticələri bəlli olub. Sosial mediada yayılan informasiyalardan qalib gələn namizədlərin adlarını öyrənən əhali icra başçısının rəsmi şəkildə siyahını elan etməsini gözləyirmiş.

Qeyd edək ki, seçkilərdə aşağıdakı şəxslərin qalib gəldiyi məlum olmuşdu:

1. Səccad Tahiri (türk)
2. Ruqəyyə Bərati (türk)
3. Səlahəddin Əmini (kürd)
4. Sirus Mürvəti (türk)
5. İrəc Abbasi (türk)

Prezident seçkilərinin nəticəsi elan olunsa da, icra hakimiyyətində seçkilərə nəzarət heyətinin başçısı Həsən Himməti şəhər şuralarında qalib gələn namizədlərin siyahısının elan olunmasına imkan verməyib.

Həsən Himməti bütün imkanlarından istifadə edərək “Tikantəpə Birlik Səsi” qrupunun üzvü Behzad Ərcüməndinin adını qalib namizədlər siyahısından çıxararaq onun yerinə mühacir kürdlərdən olan Xalid Zareinin adını salmaq istəyib.

Ancaq sosial mediada yayımlanan məlumatlar və saxtakarlıq planlarının ifşası onların bu hərəkətinin qarşısının alınmasına səbəb olub.

Bundan sonra onlar Behzad Ərcüməndinin adını əsas siyahıdan çıxararaq alternativ üzvlər siyahısına salıblar. Onun yerinə isə alternativ siyahıya düşmək üçün yetərli səs toplaya bilməyən İrəc Abbasinin adını qeyd ediblər.

Qeyd edək ki, Həsən Himməti Tikantəpənin Çöplü kəndindəndir və ana tərəfdən kürddür. O, türklər arasında özünü türk kimi qələmə versə də kürdlərə meylli şəxs kimi tanınır.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.