Bayraqdar.info – Beynəlxalq Türk Akademiyası böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441–1501) anadan olmasının 580-ci ildönümü münasibətilə 2021-i “Əlişir Nəvai İli” elan edib.
Bu münasibətlə iyunun 22-də Mədəniyyət Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Şərqdə doğan günəş – Əlişir Nəvai” adlı vəsaiti istifadəçilərə təqdim edib.
Kitabxanadan bayraqdar.info-ya bildirilib ki, vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Vəsait iki hissədən ibarətdir. Birinci hissə “Türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk “Xəmsə”nin müəllifi” adlanır. Bu hissədə şairin həyat və yaradıcılığından bəhs edilir. İkinci hissə “Söz sərrafı – Nəvai” adlanır və şairin yaradıcılığı ilə bağlı keçirilə biləcək tədbirləri əks etdirir.