Press "Enter" to skip to content

Mədəniyyət naziri BMT qurumunun ali nümayəndəsi ilə görüşüb

Bayraqdar.info – İyunun 22-də Azərbaycan Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüş keçirib.

Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Təşkilatla Nazirlik arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırışı haqqında məlumat verib.

O, qeyd edib ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan “Mədəniyyət naminə sülh” kampaniyası ilə dünyaya çağırış edir.

Görüş zamanı A.Kərimov Prezident İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb.

Qonaq bu səfərin məqsədinin Azərbaycana dəstək nümayiş etdirmək olduğunu bildirib. M.A.Moratinos dini abidələrin qorunması üçün bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.

Görüş əməkdaşlıq perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

Mission News Theme by Compete Themes.