Son yeniləmə: 22 İyun 2021 16:31
Bayraqdar.info – Prezidentin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya avtomobil yolunun 16-cı km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) olan (M1 magistralı) 14 km-lik hissəsində təmir-bərpa işləri aparılır.
Bu barədə iyunun 22-də bayraqdar.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Xəbərdə deyilir ki, hazırda yenidənqurma işləri sözügedən yolun 22-23-cü km-lik hissəsində aparılır.
Təmir-tikinti işlərinin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur.
AAYDA qeyd edir ki, sürücülərdən təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.