Bayraqdar.info – İyunun 20-də Qahirə şəhərində Azərbaycan və Misir Ərəb Respublikasının Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Misir tərəfini nazir müavini, səfir Badr Abdelatti, Azərbaycan tərəfini isə nazir müavini Fariz Rzayev təmsil edib.
Xəbər bayraqdar.info-ya Azərbaycan XİN-dən verilib.
Xəbərdə deyilir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən, azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.